Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

Ban Ki-moon dustağı dərhal azadlığa buraxmağı tələb edir


BMT-nin baş katibi Ban Ki-moon Maynamarın (keçmiş adı Bombey – red.) demokratik hərəkatının lideri Aung San Suu Kyi dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. Bu gün məhkəmə onun ev dustaqlığı müddətinin daha 18 ay müddətinə uzadılması barədə qərar çıxarıb.

May ayında bir amerikalı üzgüçü onun ev dustağı kimi saxlandığı evin qarşısındakı göldən üzüb keçib. Bu hadisəyə görə Nobel Mükafatı Lauratı olan bu xanımı dustaqlıq qaydalarını pozmaqda ittiham edərək cəzaq müddətini uzadıblar.

Ban Ki-moonun ofisindən yayılan məlumatda deyilir ki, baş katib məhkəmənin bu qərarından çox ciddi məyus olub.

Avropa Birliyi də bu gün bildirib ki, Aung San Suu Kyinin cəza müddətinin uzadılması Myanmarın hərbi rejiminə qarşı əlavə tədbirlərin görülməsinə səbəb ola bilər.

Aung San Suu Kyi son 20 ilin 14 ilini demək olar ki, ev dustağı kimi yaşayıb.

Dustaqlıq müddətinin uzadılması onu seçkidən kənarda qoya bilər. Hərbi xunta seçkinin gələn il keçiriləcəyinə söz verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG