Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:14

«Oğlumun həbsi qanunsuzdur»


«Polislərlə vətəndaşlar arasında qarşıdurma yaranan ərazi bizim evimizdən 2 kilometr uzaqdadır. Həmin gün də oğlum Məhəmməd iş yerində olub. Onun müdiri Məhəmmədin münaqişə vaxtı işdə olması ilə bağlı ifadə də verib. Buna baxmayaraq, mənim oğlumu heç bir günahı olmadığı halda 5 gündür istintaq təcridxanasında saxlayırlar».

Bu sözləri «Azadlıq» radiosuna avqustun 5-də Hökməli kəndində yaşayış binalarının sökülməsi ilə bağlı polislərlə vətəndaşlar arasında yaranan qarşıdurmaya görə həbs edilən Məhəmməd Loğmanovun atası Oruc Loğmanov deyir.

O.Loğmanovun sözlərinə görə, Məhəmməd haqqında Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və zor tətbiq etmə) cinayət işi açılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. İstintaqı Bakı şəhər Prokurorluğu aparır. İndi onlar qərardan apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Oruc Loğmanov deyir ki, Məhəmməd zərgər sexində çalışır. Onu evdən işə gedərkən saxlayıblar:

«Tutulandan bəri oğlumla yalnız vəkil vasitəsilə əlaqə saxlaya bilmişik. Onun bu məsələyə bağlılığı olmadığı haqda qanunsuz həbs edilməsi ölkədə insan haqlarının kobud şəkildə pozulmasını sübut edir».
XS
SM
MD
LG