Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:10

Kadırov QHT-çilərin qətlini pislədi


Çeçenistan prezidenti Ramzan Kadırov avqustun 11-də QHT-çilər Zarema Sadullayeva və Alik Cabrailovun qətlə yetirilməsini pisləyib. O, Qroznıda jurnalistlərə deyib ki, onun üçün Sadullayeva və Cabrailovun qatilıərini tapmaq və onları cəzalandırmaq çox vacibdir.

“Bu - qəddar bir cinayətdir və hakimiyyətə meydan oxumaqdır. Kim bu cinayəti törədibsə bizim cəmiyyəti parçalamaq istəyir. Bu o adamlardır ki, Çeçenistanda sabitliyin olmasını istəmirlər. Biz indi bu cinayəti araşdırmaqla məşğuluq və mən istintaqı öz nəzarətimə götürmüşəm”.

Polis Zarema Sadullayeva və Alik Cabrailovun meyitini səhər saatlarında Qroznı kənarında maşının yük yerində tapıb. Onların hər ikisi avqustun 10-da Qroznıdakı ofislərindən oğurlanandan sonra güllələniblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG