Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

«Binə» Ticarət Mərkəzinin fəhlələri əməkhaqlarını ala bilmirlər


«Avqustun 10-da «Binə» Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova bizə bildirdi ki, sizin borclar ödənməyəcək, prezidentə yox, ondan da o yana müraciət edin, xeyri yoxdur».

Bu sözləri «Azadlıq» radiosuna «Binə» Ticarət Mərkəzinin tikintisində fəhlə işləmiş Səfər Cavadov deyir.

Onun sözlərinə görə, dünən əməkhaqlarını ala bilməyən bir neçə fəhlə Kəbirə Məmmədov ilə görüşüb. Görüşdə fəhlələr bir daha Ticarət Mərkəzinin onlara olan 17 min manat borcun ödənməsini istəyib. Fəhlə Vüsal Məmmədov isə «Azadlıq» radiosuna bildirib ki, K.Məmmədova onlara pulu iş icraçısından tələb etməyi məsləhət görüb:

«Bizə bildirdi ki, mənim sizə borcum var, ancaq məndən şikayət etdiyinizə görə, sizə bir qəpik də ödəyən deyiləm. Gedin pulunuzu iş icraçısından istəyin. İş icraçısı da deyir ki, mən K.Məmmədovanın icazəsi olmadan heç kimə pul verə bilmərəm».

Fəhlələr bildirirlər ki, onların prezidentə müraciəti də indiyədək cavabsız qalıb.

«Binə» Ticarət Mərkəzinin hüquqşünası Fuad Cəfərov isə deyir ki, şikayət edən fəhlələrin şirkətlə heç bir əmək müqaviləsi yoxdur:

«Əmək müqaviləsi olmadığına görə, şirkətin şikayətçi şəxslər qarşısında heç bir öhdəliyi yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG