Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:16

«Dövlət katibi ərim deyil, mənəm».


Afrika ölkələrinə 7 günlük səfərə çıxan ABŞ dövlət katibi Hillari Klinton Konqoda olarkən bələdiyyə binasında universitet tələbəsinin gözlənilməz sualı ilə qarşılaşıb. Bu ölkəyə sülhə nail olmaq və ölkədəki seksual zorakılığı dayandırmaq üçün çağırışlar etmək üçün səfər edən Klintondan tələbə «Çin və Dünya Bankının Konqoya cəlb edilməsinə həyat yoldaşınız necə baxır» deyə soruşub.

Hillari Klintonun cavabı isə belə olub : «Sən bilmək istəyirsən mənim həyat yoldaşım nə düşünür? Dövlət katibi ərim deyil, mənəm. Sən mənim münasibətimi soruş, mən sənə deyim. Mən həyat yoldaşımı yönəltmək fikrində deyiləm».

Günün bütün mövzuları

XS
SM
MD
LG