Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:41

Alman məşqçi Azərbaycan yığması haqda


«Azərbaycan dünya kubokunun seçmə mərhələsində az top buraxdığına görə biz Azərbaycanla oyuna ciddi hazırlaşmışıq». Bunu Almaniya yığmasının məşqçisi Oliver Birhof avqustun 11-də Bakıda keçirilən mətbuat konfransında deyib.

Birhof bildirib ki, Azərbaycan yığmasının qapısından az qol buraxması onu göstərir ki, Azərbaycan bir o qədər də pis oynayan komanda deyil.

Avqustun 12-də Azərbaycan və Almaniya yığmaları 2010-cu il dünya kubokunun seçmə qrup mərhələsində Bakıda qarşılaşacaq. Bu yığmaların tarixdə ilk görüşüdür.

Almaniya yığması Azərbaycanın da olduğu 4-cü seçmə qrupunda liderdir. İndiyə qədər keçirdiyi oyunlarda 18 qol vurub, 4-ü buraxıb.

Azərbaycan yığması isə keçirdiyi 5 oyunda qol vurmayıb, 5 qol buraxıb.
XS
SM
MD
LG