Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15

Tufan və zəlzələ Asiya ölkələrinə ziyan vurub


Çinin şərqində torpaq sürüşməsi zamanı 6 yaşayış binası uçub, çoxlu sayda insan onun altında qalıb. Məlumata görə Jecianq əyalətində baş verən sürüşməyə səbəb tufanla gələn yağış olub.

Həmin vaxt 6 nəfər ölüb və 3 nəfər itkin düşüb.

Uçan yaşayış binaları 4 mərtəbəli olub və xilasedicilər 6 nəfəri sağ çıxara bilib.

Son bir neçə saat ərzində tufan və zəlzələ Hindistan, Yaponiya, Tailand və Taivana ziyan vurub. Taivanın ucqar kəndlərində 400-ə yaxın adam sürüşmədən sonra itkin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG