Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

ABŞ-ın yüksək rütbəli rəsmisi Belarusa gedir


ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi bu həftə Belarusa səfər edəcək. ABŞ-ın Minskdəki səfirliyindən deyiblər ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Fillip Qordonun səfəri avqustun 14-ə planlaşdırılıb. O, bir günlük səfər zamanı ölkə rəsmiləri və müxalifət liderləri ilə görüşəcək.

F. Qordon 2008-ci ilin martından bu yana Belarusa gedən ən yüksək rütbəli ABŞ rəsmisidir.

Ötən il Minsk Vaşinqtonun sanksiyalarına etiraz olaraq ABŞ səfirindən ölkəni tərk etməsini tələb etmişdi.

ABŞ və Avropa Birliyi illərdir Belarus prezidenti Aleksandr Lukaçenkonu rəqiblərini həbs etməkdə, azad mətbuatı susdurmaqda və seçkini saxtalaşdırmaqda ittiham edir.
XS
SM
MD
LG