Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:29

Peşəvər raket atəşinə tutulub


Pakistanın Peşəvər şəhərinin yaşayış məntəqəsi raket atəşinə tutulub, 2 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb.

Pakistan polisi deyib ki, raketlər sübh tezdən atılıb və hadisəyə görə hələlik məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Polis rəsmisi Nisar Xan deyib ki, 12 raketin biri yarım hərbi birləşmələrin binasına xəsarət yetirib.

Peşəvər – Şimal-Qərb sərhəd əyalətinin paytaxtıdır, taliban yaraqlıları bu bölgəyə yaxın yerləşir.
XS
SM
MD
LG