Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:29

Rusiya Ukrayna rəhbərliyini kəskin tənqid edib


Rusiya prezidenti Dmitri Medvedev Ukrayna rəhbərliyini kəskin tənqid edib. Bildirib ki, Kiyev Rusiya əleyhinə siyasət aparır və iki tərəfli münasibətləri gərginləşdirir.

Ukrayna prezidenti Viktor Yuşşenkoya ünvanlanan açıq məktubda Medvedev deyib ki, o, Kiyevə yeni səfir göndərməyi münasibətlər düzələnə qədər təxirə salacaq.

Medvedev Ukrayna rəhbərliyini Rusiya ilə iqtisadi münasibətləri qırmağa çalışmaqda və Avropanın qaz təchizatını təhlükə altında qoymaqda günahlandırıb.

Rusiya prezidenti həmçinin Ukraynanın separatçı Cənubi Osetiyada törədilən “cinayətlərə” görə Gürcüstanla məsuliyyəti bölüşdüyünü deyib.

Moskva ümid edir ki, yeni Ukrayna lideri münasibətləri düzəldə biləcək.

Ukraynada prezident seçkiləri yanvar ayında keçiriləcək.
XS
SM
MD
LG