Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:40

Aun San Su Çin barəsində hökm çıxarıldı


Myanmanın hərbi xuntası müxalifət lideri Aun San Su Çini yenidən ev dustaqlığına məhkum edib. Məhkəmə onu ev dustaqlığı qaydalarını pozmaqda günahkar bilib.


Başlanğıcda məhkəmə müxalifətçi ilə bağlı 3 illik həbs cəzası və ağır icbarı iş qərarı çıxarıb. Ancaq sonradan hərbi hökumət qərarı yüngülləşdirib. Və 64 yaşlı Nobel Sülh mükafatçısı 18 aylıq ev dustaqlığına məhkum olunub.

Su Çin son 20 ilin 14 ilini həbsdə keçirib. May ayında bir amerikalının onun evinə xəlvəti gəlməsindən sonra o, ev dustaqlığı qaydalarını pozmaqda ittiham olunub.

Myanma məhkəməsi amerikalını da 7 illiyinə azadlıqdan məhrum edilib.


Müxalifətçi 1990-cı ildə partiyası parlament seçkilərində qələbə qazanandan sonra həbs olunub.

XS
SM
MD
LG