Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

XİN xaricə gedənlərə tövsiyə edir


Azərbaycanın Xarici İşlər Nazirliyi xaricə gedən və Azərbaycana gələnlərə peyvənd olunmağı tövsiyə edir. Bu barədə XİN-nin rəsmi internet saytında məlumat yerləşdirilib. Deyilir ki, dünyanın müxtəlif bölgələrində baş verən xəstəliklərdən və ya baş vermə ehtimalı olan epidemiya, pandemiya təhlükəsindən qorunmaq məqsədilə xarici ölkələrə səfər edən və xaricdən Azərbaycana gələn şəxslərin müvafiq peyvənd, vaksinasiya və müayinədən keçməsi tövsiyə olunur.

Həmin şəxslər bu məqsədlə profilaktik tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyin etdiyi poliklinikaya müraciət edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG