Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:20
Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza Madrid prinsiplərinin yeni variantının Ermənistan üçün əlverişsiz olması haqda narahatlıqlarla bağlı sualı cavablandırıb. O, AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verib. Müsahibənin tərcüməsini təqdim edirik.

- Indi Ermnistanda bir çoxlarında Madrid prinsiplərinin yeni variantı ilə bağlı bir narahatlıq var. Bəzi müxalif qüvvələr deyirlər ki, münaqişənin həlli ilə bağlı baza prinsipləri indi – Koçaryan dövrü ilə müqayisədə Ermənistan üçün daha əlverişsizdir. Buna münasibətiniz necədir?

- Münasibətim belədir ki, bu, gülüncdür. Çünki o adamlar mənim, eləcə də Minsk qrupunun digər həmsədrləri Bernar Fasye və Yuri Merzlyakovun Krakov görüşü zamanı nəyi müzakirə etdiyimizdən xəbərdar deyillər. Onlar bundan məlumatsız olduları halda niyə siyasi problem yaratmaq istəyirlər? Həmin adamlar bu haqda bizdən soruşmayıblar.

Üstəlik onlar Serj Sarkisyan prezident seçiləndən sonra danışıqlar prosesinin necə getməsi haqda da məlumatsızdılar. Mən düşünmürəm ki, çox kiçik bir dairədən başqa kimlərsə danışıqlar prosesinin gedişi haqda dəqiq məlumata malikdir. Prosesdə isə irəliləyiş var və bu işə yardım edənlər bundan qürur duymalıdırlar. O adamlar ki, Madrid prinsiplərinin yeni variantının hansısa formada Ermənistanın maraqlarına toxunduğunu deyirlər, onlar bilmədikləri şeydən danışırlar.

- Madrid prinsiplərinə çoxmu düzəlişlər edilib?

- Yox, dəyişikliklər əhəmiyyətli dərəcədə deyil. Fundamental konsepsiya iyulun 10-da Amerika, Fransa və Rusiya prezidentlərinin birgə bəyanatından sonra yayılan məlumat toplusunda əksini tapıb. Həmin fundamental konsepsiya qalır. Biz indi çalışırıq ki, prezidentlər arasında hələ də qalan fikir ayrılıqlarının aradan qaldırılması yollarını tapaq.

Amma bunlar da 2007-ci ilin noyabrında açıqlanan Madrid sənədi əsasında indiyəcən aparılan danışıqlara əsaslanır. Prezident Sarkisyanın mövqeyi qətidir, prezident Koçaryanın da mövqeyi Madrid prinsipləri açıqlanandan sonra qəti idi. Və prezident Əliyevin də mövqeyi qətidir. Bu iki il ərzində müzakirələr müxtəlif dinamika ilə davam edib. Bizim işimiz bu müddət ərzində səslənən bütün ideyalar əsasında yeni variant təklif etmək və hər iki tərəfi razı salmaqdır.

- Ermənistanda bəziləri deyir ki, Amerika, Rusiya və Fransa prezidentlərinin bəyanatında əksini tapan münaqişənin həlli prinsipləri bundan əvvəl həmsədrlərin açıqladığı baza prinsiplərindən fərqlənir və prezidentlərin açıqladığı prinsiplər Ermənistan üçün əvvəlki kimi əlverişli deyil...

- Yenə deyirəm ki, belə tənqidlər fakta əsaslanmır. Madrid sənədindəki fundamental prinsiplər olduğu kimi qalır. Dəyişən yalnız bir neçə kiçik texniki məqamdır. Əlbəttə, bu dəyişikliklər mühümdür, amma həm də texniki məqamlardı. Amma bu edilən dəyişikliklər heç bir tərəfə üstün şərait yaratmır. Əksinə, əsas məqsəd odu ki, əsas prinsiplərdə bəzi məqamları aydınlaşdırmaq yolu ilə hər iki tərəfin xeyrinə olan dəyişikliyə nail olunsun.

Krakovda biz detal əlavə etdik. Prezidentlərin yaydığı fakt toplusu ilə Madrid prinsiplərinin fərqlənməsini iddia etmək havadan söz söyləməkdir. Prezidentlərin bəyanatı hazırlanarkən məqsəd ora bütün detalları daxil etmək deyildi. Detallar eyni qalır. Sadəcə biz “hər şey Madrid prinsiplərində var” deyib prezidentlərin danışıq aparmaq imkanlarını məhdudlaşdırmaq istəmirdik.

Ona görə də, ola bilsin Ermənistan üçün mühüm olan məqamların heç də hamısı prezidentlərin yaydığı fakt toplusunda əks olunmayıb. Çünki həmin fakt toplusu üç səhifəlik Madrid sənədinin yalnız xülasəsidir, təbii ki bura bütün məqamlar salınmayacaq. Eləcə də Madrid prinsiplərində Azərbaycan üçün mühüm olan məqamların heç də hamısı həmin xülasəyə düşməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG