Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:48

«Öz portretlərimdən ürəyim bulanır»


Ramzan Kadırov
Ramzan Kadırov
Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov AzadlıqRadiosunun rus xidmətinə müsahibə verib.

- Cənab Kadırov, iki il yarımdır ki, Çeçenistan Respublikasının prezidentisiniz, bu, uzun müddətdir. Bu gün biz Qroznı şəhərindən keçdik, 90-cı illərin sonu, 2000-ci ilin ortaları ilə müqayisədə şəhər xeyli yaxşılaşıb. Ümumiyyətlə, respublikanın bərpası proqramı nə qədər davam edəcək və buna nə qədər vəsait tələb olunacaq?

- Bilirsiz, mənim özüm bərpa proqramı imzalamamışam, belə bir proqramı atam prezident olanda hazırlayıb. Biz ilk prezidentimizin proqramını davam etdiririk və onun məntiqi sonluğuna nail olmaq üçün çalışırıq. Amma indi hətta ən peşəkar maliyyəçi və iqtisadçı də proqramın icrası üçün nə qədər vəsait tələb olunduğunu deməyə çətinlik çəkər. Amma bir şeydən əminəm ki, Çeçenistan Respublikasını tam bərpa edəcəyik və bizim bütün sosial problemlərimiz həll olunacaq, o cümlədən, yeni iş yerləri yaradılacaq. Çeçenistan Rusiya Federasiyasının ən parlaq regionu olacaq.
(Müsahibə videonun altında davam edir)
Ramzan Kadırov təkzib edir
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
Direct-ə keçid


- Çeçenistanda yaxın gələcəkdə bərqərar etmək istədiyiniz üç ən mühüm şey nədir?

- Mən təhlükəsiz mühit yaratmaq istəyirəm ki, heç kim heç vaxt qanunu pozmasın. İstəyirəm ki, respublika ictimaiyyətinin həyat istiqamətini müəyyənləşdirim ki, insanlar heç vaxt təxribata uymasınlar. Bir də əhalinin təminatı mühüm məsələdir, onlar həyatdan zövq alsınlar. Əgər bunları sadalayası olsaq, gərək saatlarla, sutkalarla oturaq. Mənim üçün ən mühüm məsələ atamın, bizim ilk prezidentimizin, bir də ki, Vladimir Vladimiroviçin - milli liderimizin müəyyən etdiyi hədəflərə çatmaqdır. Çünki xalq bilməlidir ki, bu iki güclü insan Rusiya vətəndaşlarına və çeçenlərə sülh, sabitlik və tərəqqi arzulayıb.

«MİLLİ PREZİDENTƏM, AMMA RUSİYANIN MƏMURUYAM»

- Ramzan Əhmədoviç, iki il yarımdan sonra sizin birinci səlahiyyət müddətiniz başa çatır. Necə fikirləşirsiz, Şimali Qafqaz ölkəsinin prezidenti mərkəzin canişinidir, yoxsa, necə deyərlər, xalqın adamıdır?

- Mən xalqın arasından çıxmış adamam, patriotam, xalqım üçün bütün həyatımı qurban verərəm. Çünki Kadırovlar nəsli sübut edib ki, onlar xalq və dövlət uğrunda can verirlər. Atam xalq üçün canından keçib. Bu gün mən milli prezidentəm, amma Rusiya Federasiyasının məmuruyam və ona xidmət edirəm. Rusiya Federasiyasının gələcəyini Kreml müəyyənləşdirir, o, düzgün istiqamətdə gedir və mən də tabe oluram, bütün nəzərdə tutulmuş proqramları tamamilə icra edirəm. Biz xidmət edirik və çalışırıq ki, xalqımızın daha çox zövqü üçün daha çox şeyə nail olaq. Canişin, ya yox, fərq etməz... Əgər məni ölkənin prezidenti təyin edib, parlament təsdiqləyibsə, onda mən kimin adamıyam?
(Müsahibə videonun altında davam edir)
Çeçen prezidenti bilyard oynayır
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid



- Sizcə, indi Çeçenistanda dini əhval-ruhiyyə necədir? Bu, qatı dindar cəmiyyətdirmi? Sizin və həmvətənlərinizin inandığı din Rusiya qanunları ilə nə dərəcədə uyğun gəlir?

- Rusiya qanunları, Rusiya Federasiyasının Konstitusiyası və Çeçenistan Respublikasının Konstitusiyası bizdə 100 faiz işləkdir. Bu, bizim xalqımızın seçimidir və heç kimin geri çəkilmək haqqı yoxdur. Bizim üçün müqəddəs borcdur ki, Rusiya Federasiyasının Konstitusiyasını və qanunlarını dəmir iradə ilə qoruyaq. Bu gün bizim dinimiz peyğəmbərimizin qoyub getdiyi ənənəvi islamdır. Biz öz siyasətimizi Rusiya qanunlarını pozmadan qururuq, bu, məscidlər tikməyə, dini yerlər istifadəyə verməyə bizə mane olmur.

- Yəni, biri digərinin əksinə deyil?

- Tamamilə deyil. Biz kilsə də tikirik, xristianlara yardım göstəririk. Çeçenistan Respublikasında bu istiqamətdə demokratiya, söz və din azadlığı var. Heç kimə mane olmuruq. Bizdə istənilən adam istədiyi dinə qulluq edə bilər və bu, maneçilik törətmir.

«QƏRB RUSİYANI ÇEÇENİSTAN VASİTƏSİLƏ DAĞITMAQ İSTƏYİRDİ, QOYMADIQ»

- Qərbdə çoxları üçün Çeçenistan «Vəhşi Qərb» obrazıdır. Belə bir fikir yayılıb ki, bura zorakılıq regionudur. Sizcə, bu, niyə belədir?

- Çeçenistan Rusiya ərazisinin tərkib hissəsidir və bizdə Rusiyanın bütün qanunlarına riayət olunur. Bəli, biz də bəzən insan haqlarını pozuruq, amma belə şey hər yerdə olur. Amma qanun pozulubsa, hətta bu, milis, ya da xüsusi xidmət orqanlarının əməkdaşı olsa belə, biz onu aşkara çıxarırıq və cəzalandırırıq. Çeçenistan müharibədən çıxmış ölkədir, burada 51 dövlətin nümayəndəsi iştirak edirdi və bu adamlar Rusiya dövlətinin əleyhinə hazırlanmışdılar. Onların tapşırığı Rusiya Federasiyasını dağıtmaq idi. Ona görə də Rusiyanı Çeçenistan vasitəsilə dağıtmaq istəyən Qərb indiki Çeçenistan hakimiyyətini günahlandırır.

«QAFQAZDAKI HEÇ BİR DÖVLƏT BAŞÇISINI RUSİYA İLƏ ÜZ-ÜZƏ QOYMAQ MÜMKÜN OLMAYACAQ»

Onlar bilirlər ki, biz Rusiyanın ərazi bütövlüyünü qoruyacağıq və Qafqazdakı heç bir dövlət başçısını, heç bir dövləti Rusiya ilə üz-üzə qoymaq mümkün olmayacaq. Biz Rusiyanı müdafiə etməyə borcluyuq. Mən bu barədə eşitmək də istəmirəm. Bizim öz siyasətimiz var, onların öz siyasəti. Onlar hücum edirlər, biz müdafiə edirik. Qoy onlar öz siyasətləri ilə məşğul olsunlar, biz öz siyasətimizlə. Vaxt gələcək biz də hücum edəcəyik. Odur ki, Rusiya ilə zarafat etməyə heç kimə imkan vermərik. Qafqaz, qafqazlılar, bizlər Rusiyanın sərhəd xəttiyik.

«VAXT GƏLƏCƏK, BİZ DƏ HÜCUM EDƏCƏYİK»

- Cənab prezident, siz çox vacib məqama toxunduz - sizin fikrinizcə, Qafqazda Çeçenistan haqda Qərbdə yanlış təsəvvür var. Amma xeyli beynəlxalq hüquq müdafiəçisi var ki, mövcud vəziyyətdən danışırlar – onların fikrincə, Çeçenistanda insan haqları pozulur. «Human Rayts Voç», «Amnesti İnterneşnl» kimi təşkilatlar deyirlər ki, bir çox hüquq pozuntuları məhz hüquq-mühafizə orqanları, hakimiyyət nümayəndələri, başqa sözlə, sizin tabeçiliyinizdə olan adamlar tərəfindən baş verir. Sizin buna münasibətiniz necədir?

«ƏLBƏTTƏ, BİZ DƏ MƏLƏK DEYİLİK»

- Hər şeydən əvvəl bunu deyim ki, bizdə güc strukturları prezidentə tabe deyillər, Daxili İşlər nazirini də Rusiya prezidenti təyin edir. Çeçenistan prokurorluğunun rəhbəri, narkonəzarət, Çeçenistanda bunlar prezidentə tabe deyillər. Mən Konstitusiyanın qarantı olaraq çalışıram ki, onlar dürüst və ədalətli xidmət etsinlər. Satqın adamlar barədə bəzən oxuyursan, oturublar burada pul qazanırlar, namus, ləyaqət, vicdan – heç nəyi yoxdur. Qoy gəlsinlər, açıqlasınlar, qoy bu adamları tapmağa və cəzalandırmağa bizə kömək etsinlər. Əlbəttə, biz də mələk deyilik. Hüquq –mühafizə orqanları hər yerdə pozuntuya yol verirlər, harada pozuntu olmur ki?!

«TƏSƏVVÜR ELƏYİRSİZMİ, KADIROV HƏR ŞEYİNİ İTİRİB!»

Bizi öldürürlər, atamı öldürüblər, mən minlərlə adamımı itirmişəm, öz qohumlarımı, sinif yoldaşlarımı, dostlarımı, yoldaşlarımı itirmişəm. Heç kim demir ki, Kadırov onları itirib, Kadırovın insan haqları necə oldu... Hamı susur, heç nə demirlər. Terrorçular Qroznının mərkəzini partladanda, qadınları, uşaqları, milisləri öldürəndə hüquq müdafiəçiləri bir söz demirlər! Sanki biz adam deyilik, bizim hüququmuz yoxdur. Təsəvvür eləyirsizmi, Kadırov hər şeyini itirib. Niyə axı onlar mənim hüququmu qorumurlar?

«KADIROVDAN SİYASƏT ÜÇÜN İSTİFADƏ EDİRLƏR»

Belə çıxır ki, Çeçenistanda nə baş verir, kim nəyi səhv eləyir, buna görə Kadırov günahkardır? Məncə, jurnalistlər özlərini siyasətdə Kadırov vasitəsilə reallaşdırmaq istəyir. Kadırov familiyası hamıya Çeçenistanda bəd əməllərin sahibi kimi məlumdur. Kadırovdan siyasət üçün istifadə edirlər - mən belə fikirləşirəm!

Qoy səlahiyyətli orqanlar bu işlə məşğul olsunlar - prokurorluq, istintaq komitəsi, Daxili İşlər Nazirliyi, «FSB». Qoy məşğul olsunlar və cəzalandırsınlar. Kadırovun nə günahı var. Mən ki hakim, müstəntiq, vəkil deyiləm. Mən prezidentəm, çalışıram ki, hamı üçün eyni cür olum.

- Cənab prezident, istəyirəm Natalya Estemirova barədə soruşum. Deyirsiz ki, istintaqın obyektiv keçməsini təmin edəcəksiz, eyni zamanda Estemirovanın həmkarları onun ölümünə görə sizi ittiham edirlər. Niyə görə istintaqa müstəqil adam dəvət eləmirsiz ki, obyektivlik təsdiq olunsun?

- Əgər qanun varsa, kənardan niyə adam çağırmalıyıq? Məgər Rusiya Federasiyasında İstintaq Komitəsi, prokurorluq başqa dövlətlərdən pis işləyir? Və məni ittiham edən hər bir kəs, məsələn, Oleq Orlov - bu adam hüquq müdafiəçisidir - mənim hüququmu pozur. Əksinə, o gərək birinci növbədə bir insan kimi məni müdafiə edəydi.

«KADIROV GÜNAHKARDIRSA, TUTSUNLAR, HƏBS ETSİNLƏR»

Deyirəm, əgər Kadırov günahkardırsa, əgər Kadırovun adamları günahkardırsa, qoy bunu sübut etsinlər. Niyə Kadırov qadını öldürməlidir, bir halda ki, bu, heç kimə lazım deyil. Onun heç vaxt ləyaqəti, vicdanı olmayıb, amma mən yenə onu Şura sədri təyin elədim. Mən cəhd eləyirdim, deyirdim: «Gəl məsələlərə obyektiv yanaşaq, onları həll edək». Bu, onun xoşuna gəlmirdi. O, iclaslara getmirdi, ağzına gələni danışırdı. Onu dəvət elədim və dedim: «Sən qadınsan. Biz çalışırıq ki, xalq üçün nə isə edək, amma nə isə alınmırsa, bizi günahlandırma. Əgər vəziyyətdən çıxış yolu varsa, biz sizə büdcə verərik». O vaxt mən bu Şuranı buraxdım. İndi mənim günahım nədir ki, Estemirovanı öldürdülər? Qoy səlahiyyətli orqanlar araşdırsınlar, əgər Kadırov günahkardırsa, tutsunlar, həbs etsinlər.

- Düz başa düşürəmsə, siz istəyərdiz ki, məsələn, Yunus-bek Yevkurov sağ-salamat qayıtsın?

- Əlbəttə, o, mənim dostumdur, yoldaşımdır, çox qeyrətli, qətiyyətli oğlandır. O, mütləq qayıdacaq, inquş xalqına xidmət edəcək. Yevkurovla mənim çox yaxın, dost, qardaş münasibətlərimiz var. Terror aktının ilk günündən etibarən bizim yaşlı nəsil onun üçün dua edir. Biz Yevkurovla bir yerdə bütün planlarımızı yerinə yetirəcəyik. Biz quldurları, terrorçuları məhv edəcəyik, xüsusi əməliyyatları davam etdiririk və edəcəyik.

- Bildiyimiz kimi əməliyyatlara Adam Delimxanov rəhbərlik edir - bu adam Dövlət Dumasının deputatıdır və hərbçi deyil və əmr vermək səlahiyyəti yoxdur. O hansı statusla rəhbərlik edir?

- O, Çeçenistan prezidentinin müşaviridir. Əmrləri xüsusi bölmə komandirləri verirlər. Delimxanov əməliyyatları himayə edir və ictimaiyyətlə işləyir. Bizim çox yaxşı idarəetmə vasitələrimiz var. Onlar çox hörmətli adamlardır. Delimxanov onlarla da işləyir, Dağıstan, İnquşetiya daxili işlər nazirlikləri ilə əməkdaşlıq edir, əgər hansısa problem varsa, onu daha tez həll etmək üçün ümumi dil tapır. Komanda verməyə gəlincə, əgər çeçen milisidirsə, ona əmri çeçen nazir verir, inquş milisidirsə, inquş nazir.

- Yəni, o, əmr vermir...

- Əlbəttə, yox! Onun komanda vermək səlahiyyəti yoxdur. Mən də belə hüquqa malik deyiləm. O, bizim ştaba daxildir və bir deputat, prezidentin müşaviri və Qafqazda hörmətli adam kimi öz avtoritetindən istifadə edir. Delimxanov əsgərlərin döyüş ruhunu qaldırır, onlara Rusiya Federasiyasına xidmət və sadiqlik aşılayır.

- Cənab prezident, siz Şimali Qafqazın gələcəyini, özünüzün Çeçenistanda və Şimali Qafqazda rolunuzu necə görürsüz? Sizcə federal ərazini restrukturizasiya etmək lazımdırmı?

«LAZIM GƏLSƏ, QAFQAZ UĞRUNDA DÖYÜŞƏCƏM»

- Bu, kimə lazımdır? Qafqazda Çeçenistan Respublikası, Dağıstan, İnquşetiya, Qabardin-Balkar, Qaraçay-Çərkəz respublikaları var. Niyə əlavə problem yaradaq? Mən ümumiyyətlə, bu mövzuya qarışmıram, Çeçenistanın siyasəti ilə məşğulam. Lazım olsa, Rusiyanın sərhədi kimi Qafqaz uğrunda döyüşəcəyəm, bunu mən yaxşı bacarıram. Həyatda bacardığım ən yaxşı şey döyüşməkdir. Mən mahir sərkərdəyəm. Nə vaxt ki, döyüşmüşəm, komandaya rəhbərlik etmişəm, heç vaxt itki verməmişəm, bütün xüsusi əməliyyatları uğurla həyata keçirmişəm. Yüzlərlə, hətta demək olar ki, minlərlə qulduru, onların dəstə başçılarını məhv eləmişəm.

- Sizin əlinizə ilk dəfə necə silah götürüb vuruşmağınız barədə müxtəlif versiyalar var. Bir müsahibədə deyilir ki, o vaxt sizin 17 yaşınız olub. Birinci çeçen müharibəsi vaxtı federal qüvvələrə qarşı vuruşmusunuz?

«ÇEÇENLƏRİ RUSİYAYA QARŞI YELTSİN KİMİ SİYASƏTÇİLƏR ÇEVİRMİŞDİ»

- Mən heç vaxt Rusiya Federasiyasına qarşı olmamışam, mən xalqla bir yerdə olmuşam. O vaxt xalq Rusiyaya qarşı idi, xalqı buna Yeltsin, Berezovski kimi siyasətçilər məcbur edirdilər, onlar Rusiya Federasiyasını da Sovet İttifaqı kimi yıxmaq istəyirdilər. Dudayevlə razılığa gəlmək mümkün idi, onlar 100-100 içib deyərdilər: «Gəl dağılışaq». O vaxt bizim xalqımız doğrudan da tamamilə Rusiyanın əleyhinə idi. Çünki o vaxt bizim üstümüzə tank göndərirdilər, tanka elə xeyir-dua verirdilər ki, elə bil faşistin üstünə göndərirlər, biz isə bütün bunları görürdük və dözürdük. Bu da bizi Rusiyaya qarşı olmağa vadar edirdi. Rusiya siyasətinə güclü sərkərdələr gələndə xalqımız başa düşdü ki, doğrudan da biz indi Rusiya üçün faydalı ola bilərik, rus xalqı ilə barışığa gəlib onların rəhminə nail ola bilərik, rus xalqına sübut edə bilərik ki, çeçenlərin günahı yoxdur, heç vaxt Rusiya Federasiyasına qarşı vuruşmaq fikrimiz olmayıb, bizi buna məcbur ediblər, dalana dirəyiblər. Biz bütün bunları o vaxtkı prezident Vladimir Putinin və birinci prezidentimiz Əhməd –Hacı Kadırovun sayəsində öyrəndik və sübut elədik ki, biz Rusiya üçün sadiq vətəndaşıq. BTR-lə, tanklarla, hərbçilərlə, xüsusi xidmət qüvvələri ilə bir yerdə Rusiyanın müdafiəsinə qalxdıq. Bütün jurnalistlərin səyləri ona yönəlmişdi ki, çeçenləri quldur, terrorçu kimi göstərsinlər. Biznesmenə, yaxşıya, pisə fərq qoymurdular, hamını əzirdilər. Amma indi bütün dünya görür ki, Rusiya Federasiyasını qorumaq üçün ən dəyərli, ən yaxşı döyüşçülər çeçenlərdir.

«RUSİYA OLMASAYDI, ÇEÇEN MİLLƏTİ MƏHV OLARDI»

- İstəyərdim ki, Cənubi Osetiya məsələsinə toxunaq. Bir il qabaq Rusiya –Gürcüstan münaqişəsi baş verdi, siz onda Rusiyanın tərəfində idiniz?

- Əlbəttə.

- Əlbəttə, Tbilisi kimi ərazi bütövlüyünü güc yolu ilə qorumağı normal adam dəstəkləyə bilməz. Amma belə bir fikir var ki, Rusiya Federasiyası sizin respublikada öz ərazi bütövlüyünü elə bu yolla bərpa etdi. Buna necə yanaşırsız?

- Yaxşı ki, Rusiya Çeçenistan Respublikasını buraxmayıb. Əgər bizə müstəqillik verilsəydi, bu, bizim xalqın məhvi demək olardı, əsl məhvi. Vəssalam, artıq məhv olmalıydıq. Çeçenistanda bütün dünyada öz cəmiyyətlərindən qovulmuş - türklər, Ərəb Əmirliyindən, İordaniyadan, Səudiyyə Ərəbistanından ərəblər, Ukraynadan, Moskvadan adamlar var. Biri deyirdi, biz türk olmalıyıq, o biri söyləyirdi ki, ərəb olmalıyıq, üçüncülər ukraynalı olmalıyıq deyirdi. Amma biz deyirdik ki, biz çeçen kimi də qalmaq istəyirik. Əgər Rusiya Federasiyası olmasaydı, bizim millətin gələcəyi olmazdı. Belə hal o vaxt baş verirdi ki, bizi çaşdırmışdılar, deyirdilər ki, ruslar, Rusiya çeçenləri qırır. Bu, ziyan çəkmiş nəslin dedikləri idi. Sonra başa düşdük ki, ruslar və çeçenlər, müsəlman və xristianlar başqa Qərb ölkələrində olduğundan daha çox qardaşdırlar, yoldaşdırlar və Çeçenistanın gələcəyi ancaq Rusiyanın tərkibində qalmaqla mümkündür.

«DUA EDƏCƏM Kİ, OSETİYA GÜRCÜSTANA QAYITMASIN»

Cənubi Osetiya isə amerikalılar üçün bir yoldur ki, Qafqaza gəlsinlər və öz siyasətlərini diktə etsinlər. Federal mərkəz düz elədi onları buraxmadı. Buraxmayacağıq da. Mən bunun üçün dua edəcəyəm və həmişə buna qarşı olacağam. Hətta Federal Mərkəz Cənubi Osetiyanı verməyə razı olsa belə, mən qəbul etməyəcəm. Çünki Qafqaz Rusiyanın sərhədidir. Nəyə görə biz Cənubi Osetiyanı və ya Abxaziyanı verməliyik. Qoy suveren olsunlar, amma Rusiya üçün onlar ittifaq dövlətləridir.

- Ramzan Əhmədoviç, çoxları yarızarafat, yarıgerçək deyirlər ki, siz burada o qədər yaxşı idarəçisiz ki, o qədər avtoritetiniz var ki, prinsipcə, siz ən uğurlu separatçısız. Bu fikrə münasibətiniz necədir?

- Ən yaxşı separatçı? Bunu necə başa düşək (gülür)?

- Siz Dudayevdən daha çox şeyə nail olmusuz.

- (Gülür) Bu, təhqir deyil ki? Mən elə şeyə nail olmuşam ki...Hətta heç nəyə nail olmamışam. Bizdə respublika tam bərpa olunmayıb, bizdə... Mən nəyə nail olmuşam? Neft- «Rosneft»indir, qaz – «Qazprom»undur, işıq – başqalarınındır.

- Çox mühümdür ki, siz bunları dediniz. İstəyirsiz ki, bütün bunlar respublikada olsun?

«BİZƏ PUL LAZIMDIR»

- Bu, bizim nəyimizə lazımdır? Nəyimizə gərəkdir bu qayğı? Bizə pul lazımdır, qoy neft olsun «Rosneft»in, qaz «Qazprom»un. Bizə pul lazımdır ki, respublikanın iqtisadiyyatını bərpa edək. Bizim ölkə tamam dağılıb, infrastruktur darmadağındır. Gərək bərpa edək eləmi? Biz ancaq ölkənin iqtisadiyyatını qurmaqla məşğuluq. Biz bərpa etmirik, tikirik. Federal mərkəz gərək Rusiya Federasiyasının ərazisini – regionu bərpa etməlidirmi? Biz ki kömək edirik, başqa dövlətlərdə minalardan təmizlənmədə iştirak edirik. Ora Fövqəladə Hallar Nazirliyini, humanitar yardım göndəririk, minlərlə adam yönəldirik. Amma bizimkilər zəlzələdən sonra bir şey ala bilməyiblər. Camaata özümüz kömək elədik, halbuki, bununla büdcə qanunvericiliyini pozduq. Amma bütün hallarda bir az kömək elədik, əhalini sakitləşdirdik.

«ÖZ PORTRETLƏRİMDƏN ÜRƏYİM BULANIR»

- Sizcə, Çeçenistanda sizin kultunuzu yaratmayıblar ki? Hər yerdə çoxlu portretlər, çoxlu sitatlar gözə dəyir.

- Bu gün siyasəti mən müəyyənləşdirirəm, əgər haradasa portretlər asılıbsa, bu o deməkdir ki, Kadırovu xoşlayırlar, yaxşı ki, Kadırov hakimiyyətdədir. Əgər bir gün şəkilləri yığışdırsalar, tullasalar, üzünü qaralasalar, o deməkdir ki, daha lazım deyiləm. Allah haqqı, neçə dəfə olub ki, öz portretimi çıxarmışam, haqqımda çox danışanda mənə xoş gəlmir, portretlərim asılıbsa, mənim özümün ürəyim bulanır. Nəyimə lazımdır bu portretlər. Öz avtoritetim mənə bəsdir. Nəyə görə özümü reklam eləyim. Bunu eləyən camaatdır.

- Sizin Vladimir Putinə və Dmitri Medvedevə münasibətiniz necədir?


«İSTƏYİRƏM, PUTİN ÖMÜRLÜK PREZİDENT OLSUN»

- Putin mənim kumirimdir. Onu sevirəm, hörmət edirəm! Onun uğrunda həyatımı da verərəm. Bu adama həyatımı borcluyam. Odur ki, bu, şəxsi bir şeydir. Amma Çeçenistanın prezidenti olaraq xatırladım ki, bizim respublikanın prezidenti – Dmitri Anatolyeviç Medvedev müdrik və düzgün siyasətçidir. Əgər başqa cür olsaydı, komanda onu dəstəkləməzdi. Putin də bir daha sübut elədi ki, o, güclü adamdır, öz xalqının xidmətçisidir.

- İstəyirsinizmi ki, o, yenidən prezident olsun?

- Çox istəyirəm! İstəyirəm ki, o, Rusiyanın ömürlük prezidenti olsun.
XS
SM
MD
LG