Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54
«De-Fakto» agentliyi:

«Roman Abramoviç Bakıda neyləyirmiş?» Britaniyalı jurnalistlər Mark Hollinqsuort və Stüart Lensli birgə yazdıqları «Londonqrad və ya Rusiyadan nağd pulla» adlı kitabın ən maraqlı hissələrindən birində Roman Abramoviçin Bakıya səfəri zamanı bir epizodu xatırladırlar.

London restoranlarına öyrəşmiş milyarder Bakıda olanda möhkəm acıyır. Yapon mətbəxindən suşi yemək istəyir. Ancaq Bakıda bu yeməyi tapmır. Köməkçisini çağırıb problem haqqında onu məlumatlandırır. Köməkçisi dərhal Londondakı məşhur «Ubon» restoranına zəng edib ordan 1200 funtluq, yəni 2400 dollarlıq bir neçə porsiya suşi sifariş edir. Həmin sifarişi ehtiyatla «Limuzin»ə yükləyib Luton aeroportuna, ordan da Abramoviçin şəxsi təyyarəsinə yükləyib Bakıya gətirirlər. Bakı aeroportunda isə sifarişi başqa bir «Limuzin»ə yüklənib Roman Abramoviçlə dostlarının süfrəsinə qoyurlar. Bu yemək Abramoviçə 80 min dollara başa gəlir.

«Arka» agentliyi:

Ermənistan hökuməti Ermənistanla İranı birləşdirəcək dəmiryol xəttinin çəkilməsinə birbaşa rəhbərlik edəcək xüsusi qurum yaradıb. Baş nazir Tiqran Sarkisyanın dediyinə görə, bununla dəmiryol layihəsinin tikintisinə start verilib. İlkin qiymətləndirməyə görə, layihənin dəyəri 2 milyon dollardır.

«PanARMENIAN.Net» internet qəzeti:

Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Geqam Xalatyan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiya agentliklərindən birinə verdiyi müsahibəsində Ermənistanı «sülhə məcburetmə» əməliyyatı barədə çıxışıyla bağlı şərh verib. O deyib ki, hər şeydən əvvəl Bülbüloğlunun çıxışının absurdluğuna toxunmaq istəyirəm:

«Ölkəsini Dağlıq Qarabağa təcavüzə çağırmaqla yanaşı o, Ermənistanı «sülhə məcburetmə»dən danışır. Başa düşürəm ki, bu ifadə son vaxtlar dəbdədir. Ancaq gülməlidir ki, sülh dövründə müharibəyə çağıran bir şəxs «sülhə məcburetmə»dən danışır».

«Aysor.am» internet qəzeti:

Gürcüstanın səlahiyyətli orqanları Ermənistan hökumətinin nə üçün Ermənistan kartofunun Gürcüstana daxil olmasına qadağa qoyulmasıyla bağlı sorğusuna cavab verməyib. Kənd təsərrüfatı nazirinin müavini bildirib ki, marta qədər kartofun Gürcüstana göndərilməsiylə bağlı sərhəddə problem olmayıb. Aprel ayında isə deyiblər ki, kartofda parazit var. Buna görə də sərhədlər erməni kartofunun üzünə bağlanıb.

«Tert.Am» internet qəzeti:

Avqustun 8-də Erməni Milli Konqresinin nümayəndələri Konqresin rəhbəri Levon Ter-Petrosyanla Vanadzor şəhərinə səfər ediblər. Mitinqlər ərəfəsində paytaxta aparılan yolların bağlanmasıyla bağlı jurnalistlərin sualına cavab verən Ter-Petrosyan deyib ki, qoy yolları bağlasınlar:

«Biz bunun əleyhinə deyilik. Bu, onların zəifliyini və tərbiyəsizliyini göstərir. Qoy xalq görsün ki, onları necə adamlar idarə edir. Oğru və soyğunçular qorxar, düz adam heç nədən qorxmaz».

Gürcüstanın hakimiyyət orqanları Cavexetiyada siyasi fəal, hazırda həbsdə olan Vaaq Çaxalyana qarşı təxribat hazırlayır. Bu məlumatı «Yerkir» İttifaqı verib. Məlumata görə, Çaxalyana qarşı təxribat onun fiziki məhvinə səbəb olmalıdır. Sübut kimi isə onun təcridxanadan həbsxanaya köçürülməsi göstərilir. Təşkilat bildirir ki, Çaxalyana nəsə olsa, məsuliyyət prezident Mixail Saakaşvilinin və Daxili işlər naziri Vano Merabişvilinin üzərinə düşəcək. Ona görə də onlar Çaxalyanın əvvəlki yerinə qaytarılmasını tələb edirlər.
XS
SM
MD
LG