Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:27

«Azərbaycan polisi çəkdiyimiz foto-video materialları məhv etdi»


«Səhər» televiziyasının çəkiliş qrupu Azərbaycana sənədli film çəkməyə gəlmişdi

«Səhər» televiziyasının çəkiliş qrupu Azərbaycana sənədli film çəkməyə gəlmişdi

«Azərbaycan polisi bizim çəkdiyimiz foto-video materialları, aldığımız müsahibələri məhv etdi».

Bunu avqustun 10-da Tehranda mətbuat konfransı keçirən «Səhər» televiziyasının Azərbaycandan deportasiya olunmuş əməkdaşları deyib. Çəkiliş qrupunun üzvü Şaban Əli Keyvani bildirib ki, onların Azərbaycana səfəri tamamilə qanuni olub:

«Bizim bir ay orda yaşamaq icazəmiz vardı. Amma 11 gündən sonra polis bizi həbs etdi. Onlar bizi 15 gün ləngitdilər».

Şaban Keyvani deyib ki, polis onların Azərbaycandakı fəaliyyətindən tamamilə xəbərdar olub:

«Onlar iddia edirdilər ki, bizim orda qalmağımız qeyri-qanunidir. Ancaq vizamıza görə, 30 gün Azərbaycanda qala bilərdik».

«Səhər» televiziyasının çəkiliş qrupu Azərbaycana sənədli film çəkməyə gəlmişdi. Ancaq Lənkəranda polis onları saxlayıb və viza qaydalarını pozmaqda günahlandırıb. Onlar iki həftə həbsdə saxlanılıblar. İranlı jurnalistlər ötən həftə deportasiya olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG