Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

İran nüvə proqramıyla bağlı təzyiqlərə boyun əyməyəcək


İran qərb dövlətlərinə nüvə proqramıyla bağlı danışıqları bərpa etmək üçün vaxt qoymasına imkan verməyəcək. İranın Xarici İşlər nazirliyindən deyiblər ki, onlar danışıqlara qarşı deyillər, ancaq danışıqlara nə vaxt başlamaqla bağlı hər hansı təzyiqi də qəbul etməyəcəklər.

ABŞ-ın Dövlət Katibi Hillari Klinton bazar günü bildirmişdi ki, Vaşinqton sentyabr ayına qədər Tehranı nüvə proqramıyla bağlı danışıqlar stoluna qaytarmaq üçün səylərini artıracaq. Ancaq, İranın bu müddətdə danışıqlara razılaşacağına inanmır və Tehranı bu qədər gözləmək fikri də yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG