Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:13

Gənc fəalların iddiasıyla bağlı məhkəmə qapalı keçirilir


Bu gün Səbail rayon məhkəməsində gənc fəallar – Emin Milliylə Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər prokurorluğu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsinə baxılır.

Məhkəmə 15.30-da başlayıb və qapalı keçirilir.
Vəkillər məhkəmənin qapalı keçirlməsinə etiraz ediblər.

İddia hüquq-mühafizə qurumlarının gənclərin təqsirsizlik pezumpsiyasının pozulmasıyla bağlı verilib.

Daxili İşlər Nazirliyi və prokurorluğun iki bəyanatında Emin Milliylə Adnan Hacızadənin təqsirindən danışılırdı. Bəyanatlarda deyilirdi ki, gənclər xuliqanlıq ediblər və iki nəfəri döyüblər. Buna görə onların saxlanılması qanunidir. Gənc fəalların vəkilləri isə deyirlər ki, onları yalnız məhkəmə təqsirli bilər.

İyulun 8-də Bakıdakı “Livan” kafesində Emin Milliylə Adnan Hacızadəyə iki nəfər hücum etmişdi. Ancaq polis gənclərin xuliqanlıq etdiyini bildirmişdi.

Səbail rayon məhkəməsi isə iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.
XS
SM
MD
LG