Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Emin Milliylə Adnan Hacızadə istintaq tədbirlərində iştirakdan imtina ediblər


Hazırda istintaq təcridxanasında saxlanılan gənc fəallar - Emin Milliylə Adnan Hacızadə istintaq tədbirlərində iştirakdan imtina ediblər. Vəkil İsaxan Aşurovun verdiyi məlumata görə, bu addıma səbəb istintaq materiallarının “saxtalaşdırılması” olub.

“Gənclər hesab edirlər ki, istintaq onların ifadələrini yoxlamaq əvəzinə təqsirlərini sübut etmək üçün süni dəlillər axtarmaqla məşğuldur”, deyə Aşurov bildirib. Vəkilin sözlərinə görə, gənc fəallar əmindirlər ki, istintaq işi obyektiv aparmaq niyyətində deyil. Onlar işin ən qısa vaxtda məhkəməyə verilməsini tələb edirlər.

Aşurov onu da deyib ki, Adnanın atası - Hikmət Hacızadə Səbail rayon məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının 8.1-ci maddəsinin pozulması ilə bağlı iddia verib. İddia istintaqın indiyədək saxlanılanlara valideynləri ilə görüşməyə icazə verməməsi ilə bağlıdır. Buna görə Hikmət Hacızadə görüş hüququnun pozulduğunun etiraf edilməsini, bunda təqsirli olanların cəzalandırılmasını tələb edir.

Əgər gənclərin təqsiri sübut olunsa, onları 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG