Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:47

Kərrubi tutulanların zorlandığını bildirir


İran müxalifətinin liderlərindən biri, prezidentliyə keçmiş namizəd Mehdi Kərrubi bildirib ki, etiraz nümayişlərindən sonra həbs olunmuş bəzi gənc qadın və kişilər həbsxanada vəhşicəsinə zorlanıb. Keçmiş prezident Haşimi Rəfsancaniyə ünvanladığı məktubu Kərrubi veb-saytında yerləşdirib.

Dünən İran polisi Tehranın Kahrizak həbsxanasında saxlanılan bəzi nümayişçilərin döyüldüyünü etiraf edib. Ancaq həbsxanadakı ölüm halları ilə bağlı ittihamları rədd edib. Onların virusa yoluxaraq öldüklərini bildirib.


XS
SM
MD
LG