Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:07

Kadırov deyir ki, Estemirovanın qətlində əli yoxdu


Çeçenistan prezidenti Ramazan Kadirov bir daha hüquq müdafiəçisi Natalya Estemirovanın qətlində əli olmadığını deyib.

Kadirov Azadlıq Radiosuna müsahibə verərkən deyib ki, o Estemirovanı şəhər sovetinə sədr təyin eləməklə hakimiyyət qrumlarında işə cəlb etmək istəsə də o bu vəzifənin öhtəsindən gələ bilməyib.

Çeçenistanda qətllər, insanların oğurlanması və işgəncə faktlarının araşdırılmasıyla məşğul olan “ Memorial ” insan haqları təşkilatının əməkdaşı Natalya

Estemirova iyulun 15-də Qroznıda oğurlanıb, elə həmin gün də cəsədi qonşu İnquşetiyadan tapılıb.

Təşkilatın rəhbəri Oleq Orlov deyir ki, Estemirovanın qətlinə görə Çeçenistan prezidenti Ramazan Kadirov cavabdehlik daşıyır.
XS
SM
MD
LG