Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

İranda həbsxana rəisi həbs olunub


Tehrandakı keçmiş Kahrizak həbsxanasının rəisi həbs olunub.

Tehranın polis rəisi onunla birlikdə 2 gözətçinin də həbs olunduğunu deyir.

Onlar məhbusların hüquqlarını pozmaqda ittiham olunurlar.

Bu həbsxanada əsasən prezident seçkilərindən sonra həbs olunmuş nümayişçilər saxlanırdı.

Amma ölkənin ali dini lideri Ayatolla Əli Xamenei bu yaxınlarda həbsxananın bağlanmasını göstəriş verdi.

Rəsmi məlumata görə İranda keçirilmiş etiraz aksiyalarında 300-ə yaxın müxalifətçi həbs olunub.

Onların bir hissəsi hələ də həbsdədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG