Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53
Vladimir Putinin siyasi fəaliyyətə başlamasından 10 il keçir. 1999-cu ilin avqustun 9-da o Rusiyanın Baş naziri vəzifəsini icra etməyə başladı, tezliklə isə prezident kürsüsünə yiyələnə bildi.

«O ətrafına yeni kadrları yığaraq 21-ci əsrin astanasında dayanan böyük Rusiyanı yeniləyəcək. Bu şəxs Təhlükəsizlik Şurasının katibi, Federal Təhlükəsizlik Bürosunun direktoru Vladimir Vladimiroviç Putindir», - Yeltsin televiziya ilə çıxışında hakimiyyəti ötürməyə hazır olduğu şəxsi ictimaiyyətə məhz belə təqdim etdi. O zaman Yeltsinin seçimi çoxlarına son dərəcə heyrətamiz gəldi: Putin soyadı nəinki xaricdə, heç Rusiyanın geniş ictimaiyyətində tanış deyildi.

İndi isə «Vladimir Vladimiroviç.ru» internet saytının jurnalisti Maksim Kononenko deyir ki, «Putin Maykl Cekson kimidir, onu dünyanın hər yerində tanıyırlar».

İndi siyasətşünaslar ötən 10 ilin təhlilini apararkən Putinin fəaliyyətini heç də birmənalı qiymətləndirmirlər.

Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatları bir qayda olaraq Rusiyada söz və fikir azadlığının pozulduğunu bəyan ediblər. Müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələrinin təqibi, alternativ fikir daşıyıcısı olan jurnalistlərin oğurlanması və öldürülməsi müasir Rusiyanın adi reallıqlarındandır.

Bir çox ekspertlərin fikrincə, Putin hakimiyyəti dövründə Rusiyada avtoritar idarəetmə daha da güclənib. Ötən ilin avqustunda Gürcüstana müdaxilə ilə Kreml hələ də imperiya maraqlarından çəkinmədiyini bütün dünyaya nümayiş etdirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG