Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:51

London və Tehran bir-birlərini itiham edirlər


İranın dövlət mediası Böyük Britaniyanı 12 iyun prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşların təşkilində itiham edib.

Rəsmi İran qəzeti Tehrandakı Britaniya səfirliyini “qiyamçıların baş qərərgahı” adlandırıb.

Böyük Britaniya isə Tehrandakı səfirliyinin yerli əməkdaşı Hüseyin Rəssamın da cəlb olunduğu məhkəmə prosesini fitnəkarlıq adlandırıb.

Dünən İranda müxalifətçilərin növbəti qrupunun məhkəməsi başlanıb.

Tehrandakı Britaniya və Fransa səfirliklərinin 2 yerli əməkdaşı və 1 Fransalı müəllim də onların arasındadı.

Onların hamısı mübahisəli 12 iyun prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs olunublar.

Seçkinin saxtalaşdırıldığını deyən müxalifət nəticələri tanımır.

Günün bütün mövzuları

XS
SM
MD
LG