Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

Avropa Birliyi İranda keçirilən məhkəmələri pisləyib


Böyük Britaniya, Fransa və Avropa Birliyi İranda keçirilən məhkəmə prossesini kəskin pisləyiblər.

Dünən İranda müxalifətçilərdən ibarət növbəti qrupun məhkəməsi başlanıb.

Onların arasında Tehrandakı Britaniya və Fransa səfirliklərinin 2 yerli əməkdaşı və bir fransalı müəlim də var.

Böyük Britaniyanın xarici işlər naziri David Miliband Britaniya səfirliyinin yerli əməkdaşı Hüseyin Rəssamın məhkəməyə cəlb edilməsini fitnəgarlıq adlandırıb.

Fransa hökuməti isə Tehrandakı səfirliyinin yerli əməkdaşı Nazak Afşar və fransalı müəllim Clotilde Reissi təcili azad etməyə çağırıb.

Hazırda Avropa Birliyinə sədrlik edən İsveç isə məhkəməni Avropa Birliyinin bütün üzvlərinə qarşı yönəlmiş akt kimi qiymətləndirib.

Bu artıq İranda müxalifətçilər üzərində keçirilən ikinci məhkəmə prosesidi.

Onların hamısı mübahisəli 12 iyun prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs olunublar.
XS
SM
MD
LG