Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:53

«Mətbuat azadlığı və Azərbaycan»


Bir qrup Azərbaycan jurnalisti mərhum həmkarlarının məzarı üstündə Jurnalistlərin Beynəlxalq həmrəylik Günüün qeyd edirlər. Bakı, 8 sentyabr 2008
Bir qrup Azərbaycan jurnalisti mərhum həmkarlarının məzarı üstündə Jurnalistlərin Beynəlxalq həmrəylik Günüün qeyd edirlər. Bakı, 8 sentyabr 2008
«Mətbuat azadlığı və Azərbaycan sözlərini eyni sərlövhə altında görmək belə Afrika səhralarında aysberq axtarmağa bənzəyir». Bu fakir http://journaleast.wordpress.com bloqundakı «Mətbuat azadlığı və Azərbaycan» sərlövhəli məqalədəndir.

Müəllif yazır: «Bu gün hakimiyyət ancaq öz işinə yarayacaq səviyyədə olan qəzetləri maaliyələşdirir. Həmin bu qəzetlərin yayılma səviyyəsi isə demək olar ki, yox dərəcəsindədir. Bu qəzetlər yalnız dövlət orqanlarına zorla göndərilir. Bu tip qəzetlərdə hər şey olduğundan çox başqa formada təqdim olunur. Həmin qəzetlərin səhifələrində hər bir hadisəyə ağ don geyindirilir».

Bloqçu daha sonra qeyd edir: «M. Ə. Rəsulzadənin bir əsr bundan əvvəl söylədiyi fikirlər artıq bir konsepsiya halında dünyada tətbiq olunur. Amma Azərbaycan hakimiyyəti hələ də XIII-XIV əsr mətbuat mühitinin eyforiyası ilə yaşayır. Bütün bunlar isə öz növbəsində Azərbaycan Konstitusiyasinda fikir və söz azadlığının dolayısı ilə kağız üzərində olduğunu təsdiq edir və insanları fikrinə və azad söz söyləməsinə görə həbsini dəstəkləyir. Buna misal olaraq həbsdəki jurnalistləri göstərmək olar».

Məqalənin sonunda isə müəllif bu qənaətə gəlir: «Bütün reallıqları qiymətləndirdikdən sonra məlum olur ki, söz azadlığının durumu belədir: 0:0».
Aynur Elgünəş http://aynurelgunesh.wordpress.com bloqundakı «İnformasiya sahibləri qanundan xəbərsizdir?» başlıqlı məqaləsində əksər rəsmi qurumların informasiya sorğusunu cavablandırmaması məsələsinə toxunub.

«İnformasiya əldə etmək haqqında» Qanundan çıxarışlarla informasiya sahiblərinin vəzifələrini xatırladan müəllif yazır: «Deyəsən heç informasiya sahiblərinin qanunun bu tələbləri haqqında məlumatları yoxdur. Ona görə də müraciət etdikdə «cavab veriləcək» – deyə başdangetdi cavab verməklə kifayətlənirlər. Üstəlik, bunu elə tonda çatdırırlar ki, sanki vətəndaş haqqını tələb etməklə onların iş rejimini pozur, narahat edir».

Bloqçu problemdən çıxış yolunu məhkəmədə görür və qeyd edir ki: «Nədənsə vətəndaşlar informasiya sorğusunun cavablandırılmamasına adi baxır və bunu «Azərbaycansayağı ənənə» kimi qəbul edirlər. Məhkəməyə müraciət edənlərin də kimliyinə nəzər yetirsək görərik ki, hamısı ziyalı təbəqənin üzvləri, müəyyən bilgilərə sahib insanlardır. Bu da onu deməyə əsas verir ki, sadə vətəndaşların maarifləndirilməsinə böyük ehtiyac var və bu yük birbaşa vətəndaş cəmiyyətinin üzərinə düşür».

Əli Novruzov http://blog.novruzov.az/ bloqunda Bakıda 23 mərtəbəli avtodayanacağın istifadəyə verilməsinə münasibət bildirib. Bloqçu yazır:
«Yeni avtodayanacaq Mercedes S-600, Hammer H-2 və BMW 745 - bu üç markadan olan maşınlara xidmət edə bilməyəcək, çünki ölçüləri uyğun gəlmir. Bloqçu deyir ki, görəsən Bakıda çox populyar olan bu markalar haqqında nədən əvvəlcədən düşünməyiblər. Və sual edir: «Bu görəsən fundamental problemdir, yoxsa biz iqtisadiyyatı daha yaxşı öyrənmək üçün tənbəllik edirik?»

http://bakrabo4iy.livejournal.com bloqunda da 23 mərtəbəli avtodayanacaqla bağlı şərh var: «Bu dayanacaqda bir avtomobilin aylıq dayanma xərci 150 manatdır. Belə baxanda çox ucuzdur. Müqayisə üçün, həmin ərazidə birotaqlı evin kirayəsi aylıq 300-400 manatdan az deyil. Odur ki, avtodayanacağa köçməyi məsləhət görürəm. Deyəcəksiz ki, rahatlıq yoxdur. Eyib etməz, əvəzində böyük pəncərədən necə mənzərə görünür».

http://rork.livejournal.com bloqunda isə müəllif yazır ki, Azərbaycanda «donuz qripi» yoxdur, olsa-olsa «qaban qripi»dir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG