Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:56

Elçin Behbudov gənclərin buraxılmasını xahiş edib


İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov daxili işlər naziri Ramil Usubovla görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının vəziyyəti və işgəncə faktlarının araşdırılması müzakirə olunub.

Elçin Behbudov nazirdən hazırda həbsdə olan gənc fəallar Adnan Hacızadə və Emin Millinin azad edilməsinə köməklik göstərməyi xahiş edib.

Ramil Usubov istintaqının obyektiv aparılması barədə göstəriş verdiyini deyib.
XS
SM
MD
LG