Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Medvedev Gürcüstana girən əsgərlərə medal verib


Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqdan imtina etməyəcək.

Bunu Rusiya prezidenti Dimitri Medvedev bu gün deyib.

Medvedev bu gün ötən ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində iştirak etmiş əsgərləri medallarla təltif edib.

Həmçinin bu gün Gürcüstandas avqust müharibəsində ölənlərin xatirəsi yad edilir.

Rusiya ötən il avqustun 8-də Gürcüstana hərbi müdaxilədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG