Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:33

İran 2013-cü ilədək uran istehsal edə bilməyəcək


ABŞ Dövlət Departamentindəki kəşfiyyat bürosu hesab edir ki, uran istehsal etmək üçün İranın 2013-cü ilədək texniki imkanı olmayacaq.

Büronun ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Denis Blerin Konqresə göndərdiyi suallara yazılı cavabında belə deyilir.

Birləşmiş Ştatlar başda olmaqla qərb ölkələri hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehransa nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG