Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00
«GünAz» telekanalının yaradıcısı və rəhbəri Əhməd Obalı «Azadlıq radiosu»nun «İşdən sonra» proqramına müsahibə verib. «GünAz TV» internet və peyk vasitəsilə ABŞ-dan azərbaycanca yayımlanan telekanaldır. Əhməd Obalı ilə söhbətin bir hissəsini təqdim edirik.

- Əhməd bəy, «GünAz TV» əsasən İranda yaşayan azərbaycanlılar üçündür. Radiomuzun dinləyiciləri maraqlanır ki, nə zaman Azərbaycan Respublikasının özündə də baş verənləri işıqlandıracaqsınız? Alternativ fikirləri əks etdirən bir telekanala cəmiyyətdə ehtiyac duyulur.

- Biz yeri gələndə Şimali Azərbaycanda da olan hadisələrdən söhbət edirik. Qarabağ elə bizim - cənubluların da böyük dərdidir. Şimali Azərbaycana olan hücumların qarşısında durmaq da bizim vəzifəmizdir. 25-30 milyon azərbaycanlının cənubda heç bir səsi olmadığı üçün biz onlara önəm veririk. Amma bu o demək deyil ki, biz şimaldakıları yaddan çıxarırıq. Hətta Borçalı və Dərbənddə yaşayan azərbaycanlılar üçün də bizim proqramlarımız var. Üzümüzə gələn aylarda biz hətta Bakıdan yayıma başlamağı düşünürük. Peyk vasitəsilə. O zaman komandamızı böyütsək, Şimali Azərbaycan haqda da bir az artıq söhbət edə bilərik.

- Adətən bazarda özünü daha sərbəst hiss edən media strukturu maneələrlə üzləşir, ona təzyiqlər olur. «GünAz TV»nin bu cür problemləri varmı? Onlar daha çox indi hiss olunur, yoxsa ilk fəaliyyət dövrü zamanı?

- «GünAz TV» açılan gündən bu təzyiqlərlə üz-üzədir. Biz «TürkSat» peykindən yayımlanırdıq. Qarşısını aldılar. Orada əsas problem İran-Türkiyə münasibətləri idi. Başqa peyklərdən də yayımlanırdıq. Tezliklərimizə qarşı başqa siqnallar buraxıblar ki, həmin peyklərdən də çıxaq. Təzyiqlər davamlı olacaq. Amma bu o demək deyil ki, biz duraq, bezək və qurtaraq. Hər-halda, başqa bir kanalla biz yayımlanmalıyıq. «Telstar-12» peykinə görə bizə təzyiqlər olmur. Çünki qərb orbitində olduğuna görə okeanın bu tayından ona siqnal buraxa bilmirlər. Orada heç vaxt verilişlərimiz kəsilməyib...

Şərhləri göstər

XS
SM
MD
LG