Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Yaraqlıların gizləndiyi evə hücum edilib


İndoneziyanın təhlükəsizlik qüvvələri Yava adasında 16 saatlıq mühasirəsən sonra yaraqlıların gizləndiyi evə hücüm ediblər.

Nəticədə 3 yaraqlı öldürülüb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə axtarışda olan terorçu Nurdin Məhəmməd Top da onların arasındadı.

Amma bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təstiqlənməyib.

Əslən Malayziyadan olan Nurdin Məhəmməd 2003-cü ildən bu yana İndoneziyada törədilmiş bir çox hücumun təşkilində itiham olunur.

Bu hücumlarda 50-ə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG