Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

İranda müxalifətçinin məhkəməsi gedir


İranda müxalifətçilərin daha bir qrupunun məhkəməsi başlanıb.

Onlar 12 iyun mübahisəli prezident seçkilərindən sonra keçirilmiş etiraz aksiyaları zamanı həbs olunublar.

İranın dövlət mediasının verdiyi məlumata görə onların arasında bir Fransa vətəndaşı da var.

Fransa Universitetinin müəllimi Klotilde Reiss informasiya toplamaq və hərc-mərcliyi qızışdırmaqda ittiham olunur.

Məlumatlara görə müttəhimlər kürsüsündə Fransa səfirliyində işləyən bir iranlı qadın və bir necə tanınmış islahatçı da var.

Təxminən bir həftə əvəl isə 100 nəfərdən ibarət ilk qrupun məhkəməsi olub.

İran müxalifəti prezident Mahmud Əhmədinejadın qalib gəldiyi seçkinin nəticələrinin saxtalaşdırıldığını təkid edir.

12 iyun seçkilərindən sonra keçirilmiş nümayişlər dağıdılarkən 30-a yaxın adam ölüb, yüzlərlə müxalifətçi isə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG