Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:07

Moldova kommunistləri başqa namizədi dəstəkləyə bilər


Moldovada ötən ay keçirilən parlament seçkisini uduzan hakim Kommunist Partiyası müxalifətin də müdafiə etdiyi namizədin prezident olmasını mümkün hesab edir.

Kommunist Partiyasının liderlərindən olan Vladimir Turcanu “Azadlıq” radiosuna bildirib ki, onun partiyası parlamentə düşə bilməyən siyasi təşkilatları və kommunist partiyasının üzvü olmayan adamın prezidentliyə namizədliyini müdafiə edə bilər.

Turcani “bəzi başqa namizədlər” olduğunu deyib, amma onun kim olması barədə əlavə məlumat verməyib.

Qərbin himayə etdiyi dörd müxalifət partiyası birlikdə parlamentdə kommunistlərdən çox yer alıb. Amma onlar öz namizədlərini prezident seçmək üçün kommunistlərdən də səkkiz səs lazım olacaq.

İndi həmin dörd partiya arasında səkkiz illik kommunist hakimiyyətinə son qoymaq üçün koalisiya yaradılması barədə danışıqlar aparılır. Konstitusiyaya əsasən əgər bu dəfədə parlamentdə prezidenti seçmək mümkün olmasa, yeni seçkilər keçirilməlidir.
XS
SM
MD
LG