Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:26

Əsirlikdən qayıdan əsgərin apellyasiya şikayəti təmin edilmədi


Avqustun 7-də Şirvan Apellyasiya Məhkəməsində Azərbaycan ordusunun keçmiş əsgəri Vüsal Heybətovun Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmə keçmiş əsgərin şikayətini təmin etməyib.

Qobustan rayonu Xilmilli kənd sakini Vüsal Heybətov Müdafiə Nazirliyinin Ağdam rayonundakı “N” saylı hərbi hissəsində qulluq edərkən ötən il aprelin 11-də erməni hərbçiləri tərəfindən əsir götürülüb. Elə ötən il mayın 3-də Azərbaycan tərəfə qaytarılıb və vətənə xəyanətdə təqsirləndirilərək həbs edilib.

İttihama görə, əsgər əsirlikdə olduğu müddətdə dövlət əhəmiyyətli sirləri erməni xüsusi xidmət orqanlarının əməkdaşlarına verib.

Birinci instansiya məhkəməsi əsgərə 11 illik həbs cəzası kəsib.

Hökmdən narazı qalan Vüsal Heybətov apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə şikayəti əsassız hesab edərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG