Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Baş redaktora 8 il iş kəsildi


Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində “Naxçıvan Press” qəzetinin baş redaktoru Sevinc Gözəlovanın barəsində çıxarılmış hökmdən prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.

Baş redaktor Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etmək) maddəsi ilə ittiham olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmə görə, Sevinc Gözəlova 34 nəfər vətəndaşın etibarından sui-istifadə edərək onların pullarını və qızıllarını ələ keçirib. Məhkəmə baş redaktora 7 illik həbs cəzası kəsmişdi.

Respublika Baş Prokurorluğu məhkəmənin hökmü ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxaraq baş redaktor barəsində birinci instansiya məhkəməsinin hökmünü ləğv edib və Sevinc Gözəlovaya 8 il müddətinə həbs cəzası təyin edib.
XS
SM
MD
LG