Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

500 serbin orqanı satılmaq üçün öldürüldüyü deyilir


Albaniya hökuməti etnik alban yaraqlıların tutduqları adamların orqanları satmaları barədə iddiaları araşdıracağını deyib. Bu barədə Albaniyanın Ədliyyə naziri Enkeiled Alibeac Avropa Şurasının insan haqları üzrə məruzəçisi Dik Marti ilə görüşdən sonra məlumat verib.

Yeni səslənən iddialara görə 1998-1999-cu illərin müharibəsi zamanı satılması üçün 500 nəfər serbin orqanları bədənlərindən çıxarılaraq öldürülüb.

BMT-nin Müharibə Cinayətləri Tribunalında baş prokuror Karla Del Ponte bu barədə məlumat verəndən sonra Serbiyada araşdırmalar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG