Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Medvedev müharibə qərarını müdafiə edir


Gürcüstanda mərasimlərlə Rusiya ilə müharibənin ildönümü qeyd edilir. Bir neçə yüz adam keçən il Rusiyanın bombalayaraq gürcüləri qovduğu Qori şəhərinə toplaşıb. Günün sonunda prezident Mixeil Saakaşvili də Qoridə çıxış etməlidir.

Bu müharibənin ildönümü ərəfəsində tərəflər bir-birini yeni müharibəyə başlamaq cəhdində ittiham edib.

Televiziya ilə bu gün yayılan müsahibəsində Rusiya prezidenti Dmitri Medvedev bildirir ki, “orduya Gürcüstanla döyüş əmri vermək ağır qərar idi, amma sonunda biz bu qərarı verməli olduq”.

Müsahibədən yayılan hissələrdə Medvedev deyir ki, Rusiya bütün hərbi əməliyyat dövründə məsuliyyətli və həssas davranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG