Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:24

1254-cü növbədə 86 yaşlı veterandır...


Şikayətiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin

Şikayətiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin

Yazı dinləyicilərin şikayətləri əsasında hazırlanıb.

Ömrünün ahıl çağını yaşayan Okyaz Rəhimovun problemi bir kitaba sığmaz. 86 yaşlı ikinci dünya müharibəsi veteranı, I qrup əlil olan Okyaz baba illərdi maşın növbəsindədir, amma növbəsi çatmır ki, çatmır. Okyaz baba deyir, əvvəllər iki-üç aydan bir putyovka yerinə onlara pul verilərdi. Amma indi bu proses dayandırılıb. Müharibə veteranı qazın qiymətinin qalxmasından da narazıdır:

«Mən 1999-cu ildən maşın növbəsindəyəm, amma hələ növbəm çatmır. Noyabr ayında 86 yaşım tamam olacaq, bəs mən bu imtiyazın dadını nə vaxt görəcəyəm? Əvvəllər Müdafiə Nazirliyində iki ildən bir putyovka pulu verilərdi, indi bu da ləğv olunub. Qazın qiymətinin də qaldırdılar. İndi biz neyləyək, onsuz da pensiyamızı işıq-qaz pulu üçün xərcləyirdik...»

«QƏLƏBƏNİN 65 İLLİYİNİ GÖZLƏYİRİK»

Əmək və Əhalinin sosial Müdafiəsi nazirliyinin baş məsləhətçisi Rəhim Babayev dedi ki, hələlik ilk növbədə Qarabağ müharibəsi əlillərinə maşın verildiyi üçün İkinci Dünya Müharibəsi əlilləri gözləməli olub. Amma gözlənir ki, onların ümidlərinə işıq doğa:

- İkinci Dünya Müharibəsi əlilləriylə Qarabağ əlillərinin siyahısı ayrıdır. İkinci Dünya Müharibəsi əlillərinə Qələbə günü ilə bağlı maşın verilir.

- İl ərzində nə qədər İkinci Dünya Müharibəsi əlilinə maşın verilməlidir?

- Təxminən 10 faizinə. Okyaz Rəhimov 1999-cu ildə növbəyə durub. 1254-cü adamdır.

- Onun artıq 86 yaşı var. Növbəsini gözləmək imkanları nəzərə alınmırmı?

- Gələn il Qələbənin 65 illiyidir. Nazirlər Kabinetinə təklif hazırlamışıq ki, növbədə duran 2 minə yaxındır. İstəyirik onların məsələsi həll olunsun.

NAXÇIVANA 40 MANATLIQ BİLET 45 MANATA SATILIR?

Azadlıq radiosunun elektron-poçtuna gələn məktublardan biri bu mövzudadır. Dünya adlı dinləyici «SOS» işarəsi altında yazır: «Naxcivan aviakassalarında biletlərin qiyməti özbaşına qaldırılıb. 40 manatdan 45 manata qaldırılıb. Özü də deyirlər ki, gedin kimə şikayət edirsiniz, edin. Kimə şikayət edək?»

Adını söyləməyən bir dinləyicimiz də eyni problemlə üzləşib. O yazır: «Naxçıvan aviakassasında 40 manatlıq bileti 45 manata satırlar. Bu özbaşınalığın sonu olacaq, ya yox?»

«Qaynar xətt»ə üz tutanların bu şikayətini Azərbaycan Hava Yollarının mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərliyə çatdırdıq. O, dinləyicilərimizə inanmaq istəmədi:

«Yalan deyirlər. Öz verilişinizdə mənim nömrələrimi elan edin, qoyun belə halla üzləşənlər zəng eləyib mənim özümə desinlər, biz də həmin adamı işdən çıxaraq».

Məhərrəm Səfərlinin iş telefonu 498 96 46-dır.

İŞSİZLİK MÜAVİNƏTİ VERİLMİR

Elektron ünvanımıza gələn digər məktub gəmiqayırma sahəsində işləyən Bakı sakinindəndir. O yazır ki, bir müddətdir işsizdir. Müavinəti də 290 manatdır. Amma o, bu müavinətinin üzünə həsrət qalıb:

«Getmişik, deyirlər ki, hələ pul yoxdur. Mən iyundan dayanmışam, deyirlər ki, heç may ayının müavinətini verə bilməmişik. Nazirliyə də zəng vurduq, ordan cavab verdilər ki, maliyyə problemi var».

Dövlət Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov deyir ki, dinləyici haqlıdır, Dövlət Sosial Müdafiə Fondu onlara pul köçürmədiyi üçün onlar da müavinətləri verə bilmirlər:

- Elə hal var. Sosial Müdafiə Fondu bizə pul köçürmədiyi üçün biz də müavinətləri verə bilmirik.

- Səbəbi nədir?

- Bilmirik. Ya yığımı apara bilməyib, ya da bankda ləngimə var. Bizim günahımız yoxdur. Fondun sədri Səlim Müslimova məktub hazırlamışıq ki, bizim pulların vaxtında köçürülməsinə yardım etsin.

Dövlət Sosial Müdafiə Fondunun aparat rəhbəri Əjdər Cəbiyev isə deyilənləri əsassız sayır. O, ötən ayın ödənişinin aparıldığını söyləyir:

«Ötən ayınkı köçürülüb. Amma bu aynı tələbi barədə bizə məktub göndərməyiblər. Göndərən kimi ödəyəcəyik. Başqa bir problem yoxdur».

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG