Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:07

Qərb bölgəsində kartof yığımına başlanıb


Azərbaycanın qərb rayonlarında kartof yığımına başlanıb. Mütəxəssislər bol məhsul əldə edəcəklərini gözləyirlər.

Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanovdan aldığımız məlumata görə bu il təkcə Tovuzda 8 min 500 hektar sahədə kartof əkilib.

«İndi regionda kartofun çıxarılmasına başlanıb. Rəqəmlər yığım başa çatdıqdan sonra məlum olacaq. Amma biz sahələrdən bol məhsul gözləyirik»-, deyə C.Qəhrəmanov bildirib.

Şəmkirdə Tovuza nisbətən daha çox - 10 min hektar sahədə kartof əkilib. Burada da kartofun çıxarılmasına başlanıb.

Qeyd edək ki, qərb regionunda Gədəbəy rayonunu da nəzərə alsaq kartof yığımı gələn ayın sonunadək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG