Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:36

Müharibə 30.000 adamı didərgin salıb


Rusiya-Gürcüstan müharibəsindən bir il keçməsinə baxmayaraq, 30.000 adam hələ də evinə qayıda bilmir. Bunu Amnesty İnternational deyir. Bu gün 5- günlük müharibədən bir il keçir.

Amnesty İnternational bu gün yaydığı hesabatda bildirir ki, bölgədəki gərginlik və təhlükə çox adama evinə qayıtmağa mane olur.

Gürcüstan prezidenti Mixeil Saakaşvili bu gün xalqa müraciət edəcək. Anım mərasimləri keçiriləcək, müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Cənubi Osetiyanın separatçı lideri Eduard Kokoyti çıxış edəcək.

Bir həftədir ki, Cənubi Osetiya ətrafında gərginlik yenidən artır. Tərəflər bir-birini kiçik-miqyaslı hücumlarda və təxribatda günahlandırır.

Cənubi Osetiya və Abxaziya sərhədində keşik çəkən Avropa Birliyi müşahidəçiləri tərəfləri gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG