Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:43

Azərbaycan-Pakistan arasında hərbi əməkdaşlıq genişlənəcək


Avqustun 7-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Pakistanın Hərbi Dəniz Qüvvələri Komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

S.Əbiyev iki ölkə arasında mövcud olan çoxşaxəli hərbi-siyasi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini bildirib.

Admiral Bəşir Noman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Əlavə edib ki, münaqişə ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər və bu məsələdə Pakistan hər zaman Azərbaycanın yanındadır.
XS
SM
MD
LG