Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:56

Amerika Rusiyanın xəbərdarlığına münasibət bildirdi


Gürcüstana silah satılmasına embarqo qoyulması ilə bağlı Rusiyanın tələbi yersizdir. Bunu Azadlıq Radiosunun gürcü xidmətinə müsahibəsində Amerika Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon deyib.

Bundan qabaq Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenko demişdi ki, Qərbin Gürcüstana hərbi dəstəyi “Tbilisidə belə bir rəy yarada bilər ki, o öz problemlərini silah gücünə həll edə bilər”.

Filip Qordon.deyir ki, onlar indi Gürcüstana silah satmırlar. “Moskvanın xəbərdarlığına gəlincə, Rusiya Gürcüstanın özünü necə müdafiə etməsi haqda qərar verməməlidir. Amma bununla yanaşı biz bölgədə gərginliyin artmasını istəmirik”.

Avqustun 7-də Rusiya-Gürcüstan arasında qısamüddətli müharibəsinin başlanmasının 1 ili tamam olur. İndi tərəflər yenidən bir-birini müharibəyə hazırlaşmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG