Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Azərbaycan futbolçusu məhkəmədə ifadə verib


Avqustun 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Meşə qardaşları» adlı silahlı birləşmə yaratmaqda ittiham olunan 26 nəfərlik dəstənin məhkəməsi davam edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Futbol üzrə Azərbaycan Milli yığmasının müdafiəçisi olmuş Aleksandr Nurəliyev ifadə verib. O, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir.

Aleksandr Nurəliyev deyib ki, 2008-ci ilin iyul-avqust aylarında Qusar rayonuna gedib. Qusarda olduğu müddətdə Bakıda “Əbu Bəkr” məscidində birgə ibadət etdiyi İbrahimlə görüşüb. Təxminən avqustun ortalarında İbrahimlə birlikdə Qusar meşəliyinə gedib və orada Telman Abdullayev adlı şəxslə görüşüb:

«İbrahimin həmin meşədəki tanışlarında silah-sursat görüb qorxuya düşdüm. Onlardan ayrılmaq istəsəm də, İbrahim məni hədələdi. Dəfələrlə bildirdim ki, mənim futbol oyunum var. Ancaq əhəmiyyət vermədilər. Məcburiyyət qarşısında 9 gün onlarla birlikdə qaldım. Mənim futbol sahəsində böyük xidmətlərim olub. Həmişə Azərbaycan bayrağının ucada olmasını istəmişəm. Əlim heç vaxt silaha dəyməyib».

«Meşə qardaşları» adlandırılan 26 nəfərin məhkəməsi iyulun 6-da başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG