Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:46

"Kamaz"larla pulları kim oğurlayıb?..


Mərkəzi Bankda yoxa çıxmış pullar üzrə məhkəmə davam edir
Mərkəzi Bankda yoxa çıxmış pullar üzrə məhkəmə davam edir
Avqustun 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Mərkəzi Bankın 6 əməkdaşının məhkəməsi davam edib.

Hesablaşma departamentinin kassa nəzarəti xidmətinin rəisi Ərşad Cəlilov və saxlanc şöbəsinin müdiri Firəngiz Hacıyeva vəzifə səlahiyyətlərin sui-istifadə etməkdə, xəzinədarlar Şahnaz Səmədova, Nazilə Bağırova və Könül İsmayılova mənimsəmə və israfda, Səbinə Məmmədova səhlənkarlıqda ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxslər 2003-cü ildən 2008-ci ilədək Milli (Mərkəzi) Bankın 7 milyard manat (yeni pulla 1 milyon 400 min manat) vəsaitini mənimsəyiblər.

Məhkəmə iclası başlanan kimi Mərkəzi Bankın prosesdə iştirak edən nümayəndəsi məhkəmə iclasının qapalı keçirilməsinə dair vəsatət qaldırıb. Nümayəndə məhkəmə iclasında taleyi müəmmalı pullarla bağlı səsləndirilən məsələlərin mətbuata çıxarılmasına etiraz edib və bu məsələləri dövlət sirri adlandırıb.

Təqsirləndirilən şəxslər və onların vəkilləri vəsatəti əsassız hesab ediblər. Vəkillər bildiriblər ki, prosesdə yalnız dövlət sirri ilə bağlı hər hansı məqam olanda iclası müvəqqəti qapalı elan etmək olar.

Hakimlərin qısa müşavirəsindən sonra məhkəmə iclası qapalı elan edildi.

Bundan əvvəlki məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Ərşad Cəlilov ifadəsində göstərmişdi ki, 2002-ci ildə dövriyyədən çıxarılmış yararsız pulları məhv etmək əvəzinə təkrar dövriyyəyə buraxıblar və bununla da qazanc əldə ediblər. Lakin sonradan bankın aşağı eşalonunda çalışanları həbs etdirməklə özlərini cinayət məsuliyyətindən yayındırıblar. Lakin Ərşad Hacıyev konkret ad çəkməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG