Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

Vitse-prezidentin cangüdənini bank yarmaq ittihamı ilə tutublar.


İraqın vitse-prezidentinin cangüdənini – bank yarmaq ittihamı ilə tutublar. (AP)

İraqın Daxili İşlər Nazirliyi bu gün yaydığı bəyanatda bildirir ki, “vitse-prezident Adel Əbdül-Mehdi banka basqının onu qoruyan xüsusi batalyondan olan banda tərəfindən törədildiyi haqda baş nazir Nuri-əl Malikiyə məlumat verib”.

Vitse-prezidentin ofisindən isə bildiriblər ki, nazirliyin məlumatında yanlışlıq var, xüsusi batalyondan ancaq bir adam həbs edilib.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, indiyəcən cinayətdə əli olmaqda günahlandırılan 5 nəfər həbs edilib, daha 2 nəfər isə xaricə qaça bilib. Nazirlik onların İnterpol vasitəsilə axtarıldığını bildirib.

Keçən ay Bağdadın mərkəzində bir qrup şəxs İraqın dövlət bankı olan Rafidaynın bir şöbəsinə hücum etmiş, təhlükəsizlik xidmətinə atış açmış, daha sonra dinamitlə xəzinənin qapısını dağıdaraq 7 milyon dollara yaxın pul aparmışdı.
XS
SM
MD
LG