Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Hindistanda 3 nəfər ölümə məhkum edilib


Hindistan məhkəməsi 3 nəfəri ölüm cəzasına məhkum edib. Onlar 2003-cü ildə Mumbaidə 50-dən çox adamın ölümünə səbəb olan partlayışlar törətməkdə günahlandırılırlar.

Polis deyib ki, bombalama 2002-ci ildə qiyam zamanı hinduların müsəlmanlara qarşı Qucarat ştatında törətdiyi qəddarlığına cavab olub.

Prokurorluq hər 3-nü Pakistanda yerləşən İslamçı Ləşkər-i -Taiba qruplaşması ilə birgə hücum təşkil etməkdə ittiham edib.

Hindistan bildirir ki, bu təşkilat Mumbaidə törədilən bir çox hücumlara görə cavabdehdir.
XS
SM
MD
LG