Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

Yeni tələbələr avqustun 17-nə kimi qeydiyyata düşməlidir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirirlər ki, qəbul planı 94,65 % dolub
Ali məktəblərin boş qalan yerlərinə tələbə qəbulu həyata keçiriləcək. Boş qalan yerlərə ərizə qəbulu avqustun 7-dən 11-nə kimi olacaq. Boş yerlər əsasən özəl universitetlərdədir. Onların siyahısı «Abituriyent» jurnalının 7-ci sayında dərc edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirirlər ki, 2009/2010-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 7-dən 17-nə qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər.

Bu il üçün ayrılmış 29030 plan yerinə 27476 abituriyent qəbul olunub. Qəbul planı 94,65 % dolub.

Ali məktəblərin bakalavr pilləsinə 114 min abituriyent sənəd vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG