Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

ATƏT rəsmisi jurnalisti azad etməyə çağırıb


ATƏT-in mətbuat azadlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti Özbəkistanın hakim dairələrini jurnalist Dilmurod Saidovun işinə yenidən baxmağa çağırıb.

Dilmurod Saidov 12 il azadlıqdan məhrum edilib.

Onun Özbəkistanın Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda deyilir ki, Saidovun məhkəməsi beynəlxalq normalara uyğun keçirilməyib.

Həmçinin Human Rights Watch təşkilatı bundan əvvəl jurnalisti azad etməyə çağırıb.

Özbəkistanın hakim dairələri jurnalisti şantajda ittiham edir.

Hüquq müdafiəçiləri isə deyir ki, o korrupsiyanı araşdırdığına görə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG