Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

ABŞ senatında Gürcüstanla bağlı dinləmə keçirilib


Amerika senatında Gürcüstanla bağlı dinləmələr keçirilib.

Beynəlxalq əlaqələr komitəsi üzvlərinin ABŞ-Gürcüstan münasibətlərilə bağlı suallarına dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Filip
Qordon və müdafiə nazirinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Aleksandr Verşbou cavab veriblər.

Verşbou Vaşinqtonla Tbilisi arasındakı hərbi əməkdaşlıqdan danışarkən deyib ki, hazırda əsas diqqət Gürcüstan ordusunu Əfqanıstanda gələcək hərbi əməliyyatlara hazırlamaq, onlara təlim keçmək və islahatlara yönəlib.

Eyni zamanda Birləşmiş Ştatlar hesab edir ki, istənilən suveren dövlətin öz ərazilərini qoruma haqı var və Gürcüstan istisna deyil.

Filip Qordon isə deyib ki, Abxaziya və Cənubi Osetiyanın hərbi yolla reinteqrasiyası mümkün deyil.

Gürcüstan bunun əvəzində bu regionların əhalisini cəlb eləmək üçün gücü siyasi və iqtisadi islahatlara verməlidir.

Biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini müdafiə edməkdə davam edəcəyik.

Gürcüstan və istənilən ölkənin öz müttəfiqlərini seçmək haqqı var və biz bunu dəstəkləyirik.

Amma eyni zamanda Gürcüstanı səbrli olmağa və yeni münaqişələrdən qaçmağa çağırırıq, deyə Qordon əlavə edib.
XS
SM
MD
LG