Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:31

«Azərbaycanda vurmadıqsa, Sofiyada vurmalıyıq»


Zeynal Məmmədov
Avqustun 5-də Azərbaycanda futbol azarkeşləri intizarla «Bakı»-«Levski» qarşılaşmasını gözləyirlər. Avropa Çempionlar Liqasının təsnifat mərhələsindən növbəti oyun keçirilir. Düzdür, azərbaycanlı azarkeşlərin bu oyunu televiziyada canlı izləmək imkanı çox azdır. Baxmayaraq ki, hazırda AzTV bu yöndə danışıqlar aparır və yaxın iki-üç saatda danışıqların nəticəsi bəlli olmalıdır. Bu haqda az sonra.

İndisə qayıdaq oyuna. Ötən həftə Bakıda keçirilən qarşılaşma heç-heçə (0-0) başa çatdı. Bu dəfə isə oyun rəqib meydançasında olsa belə, qola ümid bağlayanlar var. «Bakı» klubunun baş meneceri Zeynal Məmmədov da onların sırasındadır.

BAKIDA VURULMAYAN QOL SOFİYADA VURULA BİLƏRMİ?

- Zeynal müəllim, proqnozunuz nədir, «Bakı» komandasının şansı nə yerdədir?

- Şansımızı 50-nin 50-yədir. Biz də komandamıza inanırıq. Amma «Levski»nin bir balaca üstünlüyü var, onlar evdə oynayır, öz tamaşaçılarının qarşısında. Amma biz döyüşsüz təslim olmayacağıq. Çalışacağıq ki, mərhələni keçən tərəf biz olaq.

- Bakıda vurulmayan qol Sofiyada vurula bilərmi?

- Olar. Azərbaycanda vurmadıqsa, Sofiyada vurmalıyıq.

«MÜDAFİƏDƏKİ BOŞLUQLARI ARADAN QALDIRMAĞA ÇALIŞIRIQ»

- Futbol mütəxəssislərinə görə, «Bakı»lılar hücumda yaxşı oynayırlar, amma müdafiə zəifdir. Bu dəfə müdafiəni möhkəmləndirmək yönündə hansısa addımlar atılıbmı?

- Bəli, bu istiqamətdə bəzi işlər görülür. Çalışırıq müdafiədəki boşluqları aradan qaldıraq. Əlimizdən gələni edirik. «Levski» ilə oyun göstərdi ki, uşaqlar müdafiədə də oynaya bilirlər.

- Bu hansı işlərdir?

- Bu haqda yalnız baş məşqçi danışa bilər.

FELİKS OYNAYACAQ VƏ…

- İndi çoxlarını maraqlandırır ki, ötən oyunda beyin silkələnməsi keçirən Feliks Felipe Almeyda meydana çıxa biləcəkmi?

- Bəli çıxacaq. Məncə, hətta qolunu da vuracaq.

«HAKİMLƏ MÜBAHİSƏYƏ GETMƏK OLMAZ»

- Bu gün «Bakı»nın prezidenti Hafiz Məmmədov futbolçulara müraciət edib ki, rəqib meydançada təxribata getmək olmaz. Bu xəbərdarlıq həmişə olur, yoxsa bu dəfə xüsusi haldı?


- Bu həmişə olur. Özünüz də görürsünüz ki, hakimlər bizim komandaya qarşı qərəzlidir. Ona görə oyunçulara tapşırırıq ki, hakimlərlə mübahisəyə getməsinlər. Hər şey hakimin əlindədir, istəsə sarı kart verər, istəsə qırmızı. Bizi zəfiflətməyə çalışacaq...

- Söhbət keçən oyunu idarə edən norveçli hakimdən gedir, yoxsa ondan əvvəl də şikayətiniz vardı?

- «Ekranas»la Litvada oynayanda da hakimin hərəkəti xoşumuza gəlmədi. Yəni bu günə kimi bu yerə biz öz əziyyətimizlə gəlmişik. Hakimlər bizi sıxsa da, boğsa da, çalışacağıq bunun davamını gətirək…

«QRUPA DÜŞMƏK İSTƏYİRİK»

- «Bakı» bu dəfə hara qədər gedə biləcək, sizcə?

- Vallah istəyirik ki, bu dəfə qrupa düşək. Bu halda həm reytinqimiz artacaq, həm də bizi futbol ölkəsi kimi tanıyacaqlar.

- İstək gözəldir, reallıq nə deyir?

- Bugünkü oyundan asılıdır. Bu oyunu keçsək davamı gələcək.

«AzTV OYUNU YAYIMLAYA BİLƏR»

- Azarkeşlər məyusdurlar ki, oyun Bakıda yayımlanmayacaq...

- Bilmək olmaz. Danışıqlar gedir. Almaniya televiziya şirkəti oyunun yayım hüququnu alıb. Onlarla danışıq gedir. AzTV danışıq aparır, axşama bilinəcək…

«QARABAĞ» DA, «BAKI» DA QRUPA DÜŞSƏ…

- Mən komandamıza bu oyunda qələbə arzu edirəm. İstərdim «Bakı»sevərlər bizi Bakıda qələbəylə qarşılasınlar. Burda Azərbaycan futbolu qazanır. «Qarabağ» da, «Bakı» da bu il qrup mərhələsinə düşsə, bayaq dediyimiz kimi həm reytinqimiz artacaq, həm də bizi futbol ölkəsi kimi tanımağa başlayacaqlar…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG